Elşad Miraləm Diaspor Komitəsində vəzifəsindən ayrılıb

20.06.2018 10:17

Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm vəzifəsindən azad olunub. APA-nın əldə etdiyi məlumatına görə, E. Miraləm öz xahişi ilə işindən ayrılıb.
E. Miraləm 14 il il komitədə çalışıb, fəlsəfə doktoru və Prezident mükafatçısıdır.
Qeyd edək ki, aprelin 11-də keçirilən prezident seçkilərindən sonra hökumətin yenidən formalaşdırılması zamanı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

© xezerxeber.az


248 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR