Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Sabahın hava proqnozu açıqlandı - 36 dərəcə isti olacaq

19.06.2018 14:18

İyunun 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən xəbərə görə, sabah şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-32° isti, Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-13° isti, gündüz 18-23° isti təşkil edəcək.
Qeyd edək ki, sabah Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba çimərliklərində şimal istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.
Türkan, Hövsan, Sahil, Şıx çimərliklərində də şimal istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu isə 22-23° isti təşkil edəcək.

© xezerxeber.az


590 dəfə oxunub

ÇOX OXUNANLAR