Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

"Fransada xahiş etdim ki, bu işdə üzv ölkə kimi dəstək versin" - Elmar Məmmədyarov Aİ ilə yeni saziş haqda

27.05.2018 14:43

"Azərbaycan və Fransa xarici siyasət idarələrinin rəhbərlərinin görüşündə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni sazişlə bağlı danışıqlara dair müzakirələr aparılıb".

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drianla görüşdən sonra mətbuata bəyanatında bildirib.

E. Məmmədyarov deyib ki, Azərbaycan və Aİ arasında yeni sazişlə bağlı danışıqlarda xeyli irəliləyiş var:

"Fransada xahiş etdim ki, bu işdə üzv ölkə kimi dəstək versin".

Nazir əlavə edib ki, görüşdə Ermənistan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib: "Həm təkbətək, həm də geniş tərkibdə keçirilmiş görüşdə bunu müzakirə etdik. İnanırıq ki, Fransa həmsədrliyi daha da faydalı olacaq və sülh yolu ilə münaqişəni həll edə bilərik".

"Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, ticarət sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik",- deyə Azərbaycan XİN rəhbəri qeyd edib.

© xezerxeber.az


540 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR