Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Makron: "Qarabağ münaqişəsinin ədalətli həlli üçün Fransa səylərini əsirgəməyəcək"

26.05.2018 18:10

Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Xezerxeber.az-ın xəbərinə görə, məktubda deyilir: "Cənab Prezident.
Azərbaycanın milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səadət və firavanlıq diləməkdən və səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycanın 1918-ci ildə bəyan edilmiş və 1991-ci ildə bərpa olunmuş müstəqilliyinin yüz illiyini qeyd etdiyi bir vaxtda, stabil, müasir və çiçəklənən belə bir dövlət qurmaq üçün adətən çətin keçilən yol mənə bəllidir.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələri möhkəmləndirməkdə qətiyyətli olduğuma Sizi əmin etmək istərdim. Azərbaycan gələcək çağırışların həllində və Avropa İttifaqı ilə yaxınlaşmanın davam etdirilməsində daim Fransanın dəstəyinə arxalana bilər.
Eyni zamanda, icazə verin, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalətli və dayanıqlı həlli yolunun nəhayət tapılması üçün Minsk Qrupunun həmsədri kimi Fransanın bütün səylərini əsirgəməyəcəyini bir daha vurğulayım.
Cənab Prezident, iyul ayının sonunda Sizinlə Parisdə görüşmək ümidindəyəm. Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

© xezerxeber.az

FOTOQALERIYA






485 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR