Nazirlik iş adamını cərimələyib

21.05.2018 17:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Xətai rayonu Nobel prospekti 159 ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexindən gələn iy-qoxu ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən XəzərXəbər-ə bildirilib ki, əraziyə keçirilən baxış zamanı avtomobil təmir sexinin qarşısında müxtəlif növ tullantıların qalaqlanması faktı aşkar edilib. Araşdırma zamanı tullantıların sözügedən sexə məxsus olduğu məlum olub.

Faktla bağlı sexin icarədarı Qorxmaz Hüseynov barəsində akt və protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə edilib.

© xezerxeber.az


728 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR