Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

“Ermənistan, Rusiya həmişə səninlədir!” - Zaxarova

23.04.2018 17:57

Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Serj Sarkisyanın vəzifəsindən istefa verməsinə öz rəsmi "Facebook” səhifəsində münasibət bildirib.

XəzərXəbər xəbər verir ki, Mariya Zaxarova qeyd edib: "Öz tarixinin ən çətin anlarında belə bölünməmək gücünə malik və qəti fikir ayrılıqlarına baxmayaraq bir-birinə hörməti saxlamağa bacaran xalq böyük xalqdır. rmənistan, Rusiya həmişə səninlədir!”.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verib. Aprelin 13-dən başlayaraq İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilir. Sarkisyan cəmi 6 gün ölkənin baş naziri ola bildi.

© xezerxeber.az


257 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR