Sürüşmə sahəsində quraşdırılan yeni cihazlar 1-2 mm tərpənişi də qeyd edə biləcək

23.02.2018 16:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində tədqiqatlar aparmaq üçün yeni cihazlar - reperlər quraşdırmağı nəzərdə tutur.

Bunu Trend-ə nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazinin hazırki vəziyyəti orada tədqiqatların aparılması üçün mayakların quraşdırılmasına imkan vermir:

"Yer səthindəki çatlar elədir ki, orada mayakla hərəkətləri izləmək mümkün olmur. Yer səthində çox kiçik tərpəniş olan kimi gips mayaklar çatlayırdı. Səthdə böyük çatlar olduğu üçün artıq onların üzərində mayaklar qoymaq olmaz. Ona görə də üfüqi hərəkətləri izləmək üçün müşahidə nöqtələrində topoqrafik reperlər quraşdırmağı nəzərdə tuturuq. Bu reperlər vasitəsilə ərazidə lap 1-2 mm tərpəniş olduqda da onları qeyd etmək mümkün olur”.

Hazırda ərazidə reperlərin quraşdırılması üçün işlərin aparıldığını deyən Ə.Qaralov qeyd edib ki, yeni cihazların quraşdırılması tədqiqatların daha dəqiqliklə aparılmasına imkan verəcək.

Ə.Qaralov hazırda Bayıl sürüşmə zonasında vəziyyətin sabit olduğunu söyləyib.

O, hazırda Bakıda Zığ sürüşmə zonasında, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazilərdəki sürüşmə sahələrindəki prosesdə aktivləşmə müşahidə edilir. Hazırda bu ərazilərdəki çatların parametrlərində çox az böyümə müşahidə edilir.

© xezerxeber.az


345 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR