Zakir Həsənov Belarusa səfər edib

22.02.2018 14:17

Fevralın 22-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Respublikasının paytaxtı Minskə səfərə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, belaruslu həmkarı, general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı nəzərdə tutulub. Həmçinin bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər planlaşdırılır.

General-polkovnik Z.Həsənov Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri də ziyarət edəcək.

© xezerxeber.az


198 dəfə oxunub

XƏBƏRLƏR

17.06.2018 19:35

Ucarda qətl törədilib

ÇOX OXUNANLAR