Xocalı insanlığın öldüyü yerdir - Türkiyə prezidentinin köməkçisi

22.02.2018 12:53

Xocalı insanlığın öldüyü yerdir. Trend-in məlumatına görə, bunu bu gün Ankaranın Qızılcahamam bələdiyyəsində Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbirdə çıxış edən Türkiyə Prezidentinin köməkçisi Yalçın Topçu deyib.

Y.Topçu qeyd edib ki, Xocalı soyqırımı əsla unudulmamalıdır: "Kor və kar dünya Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı görməlidir. Bu soyqırım bütün dünyaya çadırılmalıdır”.

Prezidentin köməkçisi bildirib ki, işğal altında olan bütün Azərbaycan torpaqları gec-tez azad olunaraq öz əzəli və əbədi sahiblərinə qayıdacaq.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1.275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.

© xezerxeber.az


364 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR