“İqtisadiyyatın şaxələndirilməsi əsas prioritetdir” - İlham Əliyev

23.01.2018 18:01

"İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetlərimizdir və mən düşünürəm ki, biz bu istiqamətdə xeyli uğur əldə etmişik”.

XəzərXəbər xəbər verir ki, bunu Prezident İlham Əliyev Davos İqtisadi Forumunun "Strateji baxış: Avrasiya” sessiyasında çıxışı zamanı deyib.

"Dünya bazarlarında qiymətlər dramatik şəkildə aşağı düşdükdə mən Azərbaycanda bildirdim ki, bizim üçün post neft dövrü başladı. Biz ölkənin əsas gəlir mənbələri kimi texnologiya, sənaye, kənd təsərrüfatı kimi sahələri nəzərdən keçiririk. Məhz buna görə, biz ciddi islahatlar keçirdik və onun çox gözəl nəticələri oldu. Deyə bilərəm ki, iqtisadiyyatın şaxələndirilməsi prosesi hazırda da qüvvədədir və bizim bunu dayandırmaq fikrimiz yoxdur”-deyə, dövlət başçısı bildirib.

Dövlət başçısı qeyd edib ki, neftin qiymətinin qalxması ölkənin maliyyə rezervlərini artıracaq: "Biz həmçinin xərclərimizi də optimallaşdırdıq. Keçən il neft və qaz qiymətləri aşağı olduqda belə biz 4,5 milyard dollar artıq maliyyə vəsaiti əldə etdik. Bu isə o anlama gəlir ki, neft qiymətləri aşağı olduqda belə biz təhlükəsiz tərəfdə olacağıq. Bizim bu il üçün dövlət büdcəmizdə neftin qiyməti 45 dollar civarında göstərilib. Bu isə o anlama gəlir ki, indiki qiymətlərdə belə bizim maliyyə rezrvlərimiz artacaq. Lakin eyni zamanda biz anlayarıq ki, neft və qaz bizim iqtisadiyyatımızın əsas hissəsi olaraq qalacaq”.

© xezerxeber.az


445 dəfə oxunub

XƏBƏRLƏR

16.10.2018 20:34

Paşinyan istefa verdi

ÇOX OXUNANLAR