Bu şəxslər 15 000 manata qədər cərimlənə bilər

23.01.2018 16:38

İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə olunması təklif edilir.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, təklif edilən 395.0.7-ci maddəyə əsasən, "Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan ölçülərindən asılı olmayaraq, açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə" görə cərimələr müəyyənləşdirilir.

Buna görə fiziki şəxslər 300 manatdan 500 manata, vəzifəli şəxslər 1500 manatdan 2500 manata, hüquqi şəxslər isə 10 000 manatdan 15 000 manata qədər cərimələnəcəklər.

Layihə Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR