Əməliyyat Qərargahı: İtkin düşmüş alpinistlərin axtarışları davam etdirilir - FOTO

22.01.2018 18:26

"Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının, Hüseynov Babur Vaqif oğlunun və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

İtkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahından xezerxeber.az-a  bildiriblər ki, axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır. Dünəndən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqla təchiz edilmiş) də axtarışlara qoşulub.

Son günlər ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri davam etdirilib. Həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar aparılıb.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

Axtarış işləri ilə bağlı əlavə məlumat veriləcək.

© xezerxeber.az

FOTOQALERIYA






136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR