Baş nazirin köməkçilərinin sayı azaldılıb

13.12.2017 17:40

Baş nazir Artur Rasizadənin köməkçilərinin sayı azaldılıb.
 
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə 24 noyabr 2017-ci il tarixli qərarında əksini tapıb.
 
Baş nazirin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilib.
 
Baş nazirin birinci müavininin köməkçilərinin sayı isə artırılaraq 2 nəfərə çatdırılıb. İndiyə qədər baş nazirin birinci müavininin 1 köməkçisi olub.

© xezerxeber.az


422 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR