Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hamının qəlbində ümid oyadıb

11.12.2017 18:28

Bu il regionda təhlükəli eskalasiyadan uzaqlaşmaq və danışıqların dinamikasının bərpa edilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində əlaqələrini alqışladıq. Onlar yetərincə intensiv iş görüblər, bu isə dekabrın 7-8-də Vyanada ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında da intensiv iş aparmağa imkan verib. Şurada ATƏT-in Minsk qrupunun həmsədrləri olan üç ölkənin nazirlərinin birgə bəyanatı qəbul edilib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) yanında RF-nin daimi nümayəndəsi Aleksandr Lukaşeviç bu sözləri ATƏT üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 24-cü iclasının yekunlarına həsr edilmiş Moskva-Vyana videokörpüsü formatında mətbuat konfransında söyləyib.

A.Lukaşeviç "Moskva-Bakı” portalının müxbirinin sualını cavablandırıb. O deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iki ölkənin nazirləri ilə ayrı-ayrılıqda əlaqə saxlayıb, ATƏT-in Minsk qrupunun həmsədrlərinn vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının çox intensiv görüşü keçirilib.

A.Lukaşeviç vurğulayıb ki, oktyabrın 16-da Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hamının qəlbində ümid oyadıb. Həmin görüşdə tərəflər danışıqlar prosesini intensivləşdirmək, Dağlıq Qarabağ münaqişəsinin ən mühüm problemlərinin həlli üçün kompromis variantlar axtarışını davam etdirmək barədə razılığa gəliblər.

Onun sözlərinə görə, yaxın vaxtlarda, ola bilsin yanvar ayında həmsədrlərin dəstəyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. A.Lukaşeviç deyib: "Biz bu meyli dəstəkləyirik və hesab edirik ki, ATƏT-in həmsədrləri, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi cənab Kaspşik hər cür dəstəyə layiqdirlər və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında fikir ayrılığının davam etməsinə baxmayaraq ATƏT-də kifayət qədər geniş kontekstdə bu cür dəstək var.

O vurğulayıb ki, cari ilin tendensiyası bütövlükdə ümidvericidir. A.Lukaşeviç deyib: "İstərdik ki, bütün bunlar gələn il də saxlanılsın. Avstriyanın həmsədrliyi italiyalı həmkarlarına çox yaxşı estafet verir. Tərəflərin bu onilliklər ərzində Dağlıq Qarabağ münaqişəsinə dair üst-üstə yığılmış çox mürəkkəb problemlərin həllində kompromislər axtarışı yolu ilə getmək niyyəti dəstəklənəcək, biz də buna hər vasitə ilə kömək edəcəyik. Rusiya bu danışıqlar prosesinə təsir göstərmək, tezliklə qarşılıqlı məqbul həlli tapmaqda Bakıdakı və Yerevandakı dostlarımıza kömək etmək funksiyasını özündə saxlayır”./azərtac

© xezerxeber.az


193 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR