Səfir: "Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra da işləyəcək"

11.12.2017 13:59

"Hər bir icmanın iqtisadi, sosial və mədəni cəhətdən inkişafı üçün problemlərin davamlı və danışıqlar yolu ilə həllə nail olmaq son dərəcədə vacibdir".

Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndələrinin, eləcə də jurnalistlərin Tərtər rayonuna təşkil olunmuş səfəri zamanı Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez deyib.
Səfir Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olduğunu xatırladıb: "Fransa digər həmsədr ölkələrlə birlikdə münaqişənin danışıqlar yolu ilə həlli və davamlı sülhün əldə olunması istiqamətində bundan sonra da işləyəcək".

Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış kompleksi ilə tanış olan A. Buşez bildirib ki, gördüklərindən müsbət təəssüratlar əldə edib: "Gördüklərimiz, məktəblər və sair məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdir. Hər bir fəaliyyətin kökündə insan amili və onun həyat şəraitin yaxşılaşdırılması durmalıdır”. (APA)

© xezerxeber.az


151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR