Azərbaycan HDQ-nin nümayəndə heyəti Gilan vilayətinin rəhbəri ilə görüşüb - FOTO

09.10.2017 12:55

İrana səfər çərçivəsində Azərbaycanın hərbi dənizçiləri Gilan vilayətinin rəhbəri Mustafa Salari ilə görüşüb.

Xezerxeber.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, görüş zamanı vilayət rəhbəri İran-Azərbaycan münasibətlərinin tarix boyu yüksələn müstəvidə inkişaf etdiyini qeyd edərək, Azərbaycan dənizçilərinin İrana səfərindən şad olduğunu bildirib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Sübhan Bəkirov Ali Baş Komandan İlham Əliyevin Xəzər dənizinin dostluq və qardaşlıq dənizi olduğunu bildirdiyini qeyd edərək, bu cür səfərlərin qarşılıqlı və davamlı olacağına inandığını qeyd edib.
Sonda dənizçilərimiz Rəşt muzeyini ziyarət ediblər.

© xezerxeber.az

FOTOQALERIYA






61 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR