Gürcüstanın Baş naziri GUAM xarici işlər nazirləri ilə görüşüb

08.10.2017 18:55

GUAM ölkələri arasında əlaqələr inkişaf edir. GUAM üzv və tərəfdaş ölkələr arasında əlaqələrin genişlənməsində, eləcə də regional əməkdaşlığın inkişafında mühüm rol oynayır.

Bu sözləri Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili GUAM-ın xarici işlər nazirləri ilə görüşündə söyləyib.

"GUAM-ın yaranmasının 20 illik yubiley tədbirinin Gürcüstanda keçirilməsi bizim üçün əlamətdar hadisədir. Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın birgə əməkdaşlığı sayəsində regionda iqtisadi, siyasi, mədəni, turizm və digər sahələrdə əlaqələr əsaslı şəkildə inkişaf edib. Gürcüstan bu əlaqələrin daha da inkişafında maraqlıdır və bunun üçün əlindən gələni etməyə hazırdır” – deyə Baş nazir bildirib.

Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb.

Tədbirdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq, regional münaqişələr, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı, regional layihələr və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR