Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Azərbaycan hərbi dənizçiləri İrana səfər zamanı müxtəlif görüşlər keçirib - FOTO

07.10.2017 18:26

Azərbaycan hərbi dənizçilərinin İrana səfəri çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti müxtəlif görüşlərdə və tədbirlərdə iştirak edib.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən məlumatına görə, təsdiqlənmiş plana uyğun olaraq hərbi dənizçilərimiz Ənzəli şəhərində yerləşən Şəhidlər Memorial Kompleksini ziyarət edib, əklil və gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Sonra hərbi dənizçilərimiz Ənzəli şəhərinin meri Mirşəm Momenizadənin qonağı olublar. Şəhər rəhbəri qonaqları salamlayaraq Azərbaycan dənizçilərini İranda görməkdən məmnun olduğunu bildirib və Azərbaycana səfəri zamanı unutmadığı xoş xatirələrindən söz açıb. O, həmçinin Azərbaycan-İran hərbi əməkdaşlığının möhkəmləndirilməsində Ənzəli şəhərinin mühüm rol oynayacağına şübhə etmədiyini vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Sübhan Bəkirov isə ilk dəfə olaraq hərbi dənizçilərimizin İran limanına yan almasının tarixdə mühüm hadisə olduğunu vurğulayaraq, xoş münasibətə və göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.
Sonra Azərbaycan dənizçiləri Ənzəli Hərbi Muzey Sarayını ziyarət ediblər.

© xezerxeber.az

FOTOQALERIYA






328 dəfə oxunub

XƏBƏRLƏR

16.07.2018 09:09

Neft ucuzlaşıb

ÇOX OXUNANLAR