Kür çayında sululuğun kəskin artımı gözlənilmir

07.10.2017 17:44

Son günlər yağan yağışlar Kür çayında suyun səviyyəsinin qalxmasına səbəb olub. Səviyyənin yüksəlməsi çayın Salyan və Neftçala rayonlarından keçən hissələrində daha çox hiss edilib. Yeddi il önçə baş verimiş daşqınlardan sonra səviyyənin belə sürətlə artması müşahidə olunmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev AZƏRTAC-a bildirib ki, Kür çayında sululuğun kəskin artımı gözlənilmir. Hətta çayda suyun səviyyəsi 1 metr artsa da, təhlükəli həddə çatmayacaq. Buna səbəb ötən illərlə müqayisədə Kür çayının səviyyəsinin aşağı olmasıdır. Əgər ciddi artım qeydə alınarsa, müvafiq qurumlara xəbərdarlıq ediləcək.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

19.11.2017 16:43

Lavrov İrəvana gedir

ÇOX OXUNANLAR