Son 15 il ərzində qanunsuz ağackəsmə halları 5 dəfə azalıb

23.09.2017 16:33

Cari ilin 6 ayı ərzində meşələrin mühafizəsi sahəsində öz işlərində yol verdiyi nöqsanlara görə 56 nəfər tutduğu vəzifədən azad edilib, 111 nəfərə töhmət verilib, 58 nəfərə isə xəbərdarlıq edilib. Ümumilikdə, qanunsuz olaraq 11 min kubmetr həcmində ağac kəsilib. 122 nəfər hüquqi və fiziki şəxs barədə akt və protokol tərtib olunub. Meşə fonduna isə 68 min manat ziyan dəyib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov AZƏRTAC-a müsahibəsində məlumat verib.

S. Salmanov bildirib ki, son 15 il ərzində qanunsuz ağackəsmə halları 5 dəfə azalıb. Respublikaya idxal olunan ağac və ağac məhsullarının miqdarı isə 7 dəfə artıb.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR