Builki Dünya Humanitar Yardım Günü mülki şəxslərin müdafiəsinə həsr ediləcək

23.07.2017 14:00

Avqustun 19-da qeyd ediləcək Dünya Humanitar Yardım Günü hərbi münaqişələrdə mülki əhalinin, onlara humanitar yardım göstərənlərin və münaqişə qurbanlarının müdafiəsinə həsr olunacaq.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, təşkilat üzv dövlətləri, vətəndaş cəmiyyətlərini və dünya liderlərini mülki əhalinin müdafiə məsələləri barədə fəaliyyət göstərməyə çağırır.

Xatırladaq ki, Dünya Humanitar Yardım Günü 2003-cü ildə BMT-nin Bağdaddakı mənzil-qərargahında 22 nəfərin həlak olması ilə nəticələnən partlayışın ildönümündə qeyd edilir.

© xezerxeber.az


104 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR