Astara sakini Səfəvilərin döyüş bayrağını satışa çıxarıb - FOTO

23.07.2017 10:35

Astara sakini ulu babasından qalan Səfəvilərin döyüş bayrağını 10 min dollara satışa çıxarıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara rayonunun Şiyəkəran kənd sakini Yunis Qulamov uzun illərdir Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl ordusunun bayrağını qoruyub saxlayır.
Y. Qulamov oğlunun ödənişli ixtisas üzrə ali məktəbə daxil olması və anasının xəstəlikdən əziyyət çəkməsi səbəbindən bayrağı satmaq qərarına gəlib. Y. Qulamov APA-ya açıqlamasında bildirib ki, dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyatı dövlət qurumlarına, muzeylərə müraciət edib. Ancaq indiyə qədər bayrağın dövlət qurumları tərəfindən alınması üçün konkret məbləğ təklif olunmayıb. Bu səbəbdən bayrağın satışı ilə bağlı Y.Qulamovun artıq xarici internet saytlarında da elanlar verib.
Qeyd edək ki, Səfəvilərin döyüş bayrağının üzərinə ərəb əlifbası ilə İslamın müqəddəs şəxsiyyətlərinin - 12 imamın və iki məsumənin adları həkk olunub. Bundan əlavə, bayrağın üzərində "Səfiyulla” sözü yazılıb. Simurq quşunun təsvirinin olduğu bayrağın üzərində həm İslam, həm də atəşpərəstlik elementləri var.

© xezerxeber.az

FOTOQALERIYA






976 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR