Xəzər Xəbər

Avro-4 standartları qəbul edildi - CƏDVƏL

Gündəm | 11:21 • 28 Mart 2014
Avro-4 standartları qəbul edildi - CƏDVƏL

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 636-2012 “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartına dəyişiklik edib. Bu barədə "XəzərXəbər"ə Komitədən məlumat verilib.  Dəyişikliyin tətbiq vaxtı 1 aprel 2014-cü il tarixdən müəyyən edilib. Əmrə əsasən, avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu barədə cədvələ dəyişiklik olunub.

Qeyd edək ki, “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə” Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli qərarına əsasən, 1 aprel 2014-cü il tarixindən Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq ediləcək. 1 aprel 2014-cü il tarixindən Azərbaycan Respublikasına idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların Avro-4 ekoloji normalara uyğun olması əsas götürüləcək.

Avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu

 

 

 

 

 

Nəqliyyat vasitəsinin mənşə ölkəsi

 

Nəqliyyat vasitələrinin buraxılış illəri

Ekoloji siniflərə görə texniki reqlamentlərin tələblərinə uyğun gələn

2

3

4

5

Avropa İttifaqına daxil

olan ölkələr, benzin *

 

1997 – 2000

 

2001 – 2004

 

2005-dən

01.10.2009-

dan

Avropa İttifaqına daxil

olan ölkələr, dizel

 

1997 – 2001

 

2002 – 2004

 

2005-dən

01.10.2009-

dan

ABŞ

1996 – 2000

2001 – 2003

2004-dən

   

 

 

 

 

khjhjhjhgddən jkddən

Yaponiya

1998 – 2004

2005 – 2010

2011-dən

   

0

Çin

2004 – 2007

2008-dən

2011-dən

Koreya

2001 – 2002

2003 – 2005

2006-dan

Ukrayna, M kateqoriyalı

2006-dan

2010-dan

2014-dən

Ukrayna, N kateqoriyalı

2007-dən

2010-dan

2014-dən

Belarusiya

2006 – 2007

2008-dən

2014-dən

Özbəkistan

2007 – 2009

2010-dan

2012-dən

Qazaxıstan

2006 – 2011

2012-dən

2014-dən

Rusiya

2006 – 2007

2008-dən

2013-dən

2014-dən

Türkiyə

2009-dan

                 İran

2009-dan

 

Onu da qeyd edək ki, Avropa İttifaqına daxildir: Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya,   Yunanıstan,   Danimarka,   İrlandiya,   İspaniya,   İtaliya,   Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Çex Respublikası, Bolqarıstan, Rumıniya, İsveç və Estoniya.

Xəbər lenti