Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

İşğal olunmuş ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib - Etibar Əliyev

04.12.2020 16:04

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın həyata keçirilməsi, təhsil ocaqlarının açılması, iqtisadi zonanın yaradılmasına ehtiyac var. Çünki ərazilərin minalardan təmizlənməsi prosesi başa çatandan sonra geriqayıdışla bağlı məsələlərə start veriləcək.

Ərazilərə geriqayıdış bərpa edildikdən sonra vacib məsələlərdən biri də məktəblərin, uşaq bağçalarının, kolleclərin fəaliyyətə başlaması ilə bağlıdır.

Necə etmək olar ki, işğaldan azad edilmiş ərazilərdə təhsil ocaqlarının sayı daha çox olsun?

Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev qeyd edib ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib:


"Göründüyü kimi işğaldan azad olunmuş bütün rayon mərkəzləri və kəndlərdə təhsil müəssisələri yenidən qurulmalıdır. Barbarlar bizim mədəniyyətimizə, dinimizə, təhsilimizə qəsd ediblər. Ölkədə artıq 20 ildən çoxdur ki, infrastrukturu, kampusu ilə seçilən 100-lərləmüasir məktəb tikilib. Bu işdə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən təhsil müəssisələrini xüsusilə qeyd etmək lazımdır. Düşünürəm ki, infrastrukturu identiklik təşkil edən məktəblər və uşaq baxçaları Qarabağımızda da tikiləcək”.

"Müəllimlər böyük həvəslə işləməyə gedəcəklər”

Etibar Əliyev işğaldan azad edilmiş torpaqlarda peşə təhsilinin inşasından da söz açıb:


"İşğaldan azad olunmuş ərazilərimizdə peşə təhsili məktəblərinin inşası və onların müasir tələblərə cavab verən maddi-texniki bazasının yaradılmasına önəm vermək lazımdır. Böyük şəhərlərin bir neçəsində Kolleclərin yaradılmasına da böyük ehtiyac var. Əlbəttə ki, millətimizin gələcəyi naminə görüləcək belə nəcib işlərə iş adamları, sahibkarlar da qoşulmalıdırlar. Ali məktəblərin nəzdində olan kolleclərə və peşə məktəblərinə müəllimlər böyük həvəslə işləməyə gedəcəklər. Bununla yanaşı, onların əməyinin stimullaşdırılması üçün müəyyən tədbirlər planı hazırlanmalıdır. Bildiyimiz kimi hər il müəllim peşəsini seçən abituriyentlərin önəmli kəsimi yüksək nəticələr göstərirlər. Onların xeyli hissəsi rayonlarda və kəndlərdə müəllim işləməyə üstünlük verirlər. Azərbaycan güclü dövlətdir”.


"Cənnət məkanımızda dərs deməyin özü şərəfdir”

Parlamentarinin sözlərinə görə, yüksək səviyyəli təhsil müəssislərinin qurulmasına ehtiyac var:

"Düşünürəm ki, yaxın zamanlarda işğaldan azad olunmuş rayonlarda həyat normal məcaraya düşəcək, həmin rayonlara və kəndlərə müəllim axını güclənəcək. Qarabağımızın işğaldan azad olunmasında şəhid olan qardaşlarımızın ruhunu əbədiləşdirmək üçün onların qanının töküldüyü müqəddəs yerlərimizdə yüksək səviyyəli təhsil müəüssisələrinin qurulması olduqca vacibdir. Daim təhsilə böyük qayğı göstərən Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev yaxın zamanlarda ənənəvi olaraq Qarabağımızda da yeni təhsil müəssisələrinin qirmızı lentini kəsəcək. 30 ilə yaxın həsrəti ilə yaşadığımız cənnət məkanımızda dərs deməyin özü şərəfdir. İnsanlarda böyük ruh-yüksəkliyi var. Biz bunu əməli fəaliyyətə yönəltməliyik”. (modern.az) 

Sevinc 

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR