Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində şəhidlərin anım mərasimi keçirilib

04.12.2020 14:16

Dekabrın 4-də Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsi yad edilib.

Xezerxeber.az xəbər verir ki, Azərbaycanda Katolik kilsəsinin apostol prefekturasının ordinarisi Vladimir Feketenin iştirakı ilə keçirilən mərasimdə dini ayinlər icra edilib, şəhidlərin ruhuna dualar oxunub.

Vladimir Fekete jurnalistlərə bildirib ki, bu kədərli, eyni zamanda, əlamətdar gündə müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərinin xatirəsini birgə anırlar.

"Biz Allahın xeyir-duası ilə əta olunmuş birlik və həmrəyliyimizi gələcək nəsillər üçün qoruyub saxlamağa borcluyuq. Katolik Kilsəsi Azərbaycanın hakimiyyət orqanlarına, şəxsən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, eləcə də bütün dini icmaların liderlərinə xalqın birliyinin qorunması və möhkəmləndirilməsində müstəsna roluna görə minnətdardır. Biz əminik ki, son söz ölümün deyil, həyatın olacaq”, - deyə Vladimir Fekete vurğulayıb.

Katolik kilsəsinin apostol prefekturasının ordinarisi Azərbaycan xalqına sülh və rifah arzulayıb.

© xezerxeber.az

FOTOQALERIYA






138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR