“Vətən Müharibəsi Qəhrəmanı” adının hansı qaydada veriləcəyi müəyyənləşib

01.12.2020 18:00

"Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Prezidentinin öz təşəbbüsü ilə və ya Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən veriləcək.

Xezerxeber.az-ın məlmatına görə, bu, Prezidennt İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.

"Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə "Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Prezidentinin aktı təqdim ediləcək.

Atif

© xezerxeber.az

FOTOQALERIYA






183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR