COVİD-19-a yoluxan uşaqlar arasında ölüm halları qeydə alınıb - Pediatrdan xəbərdarlıq

30.11.2020 15:29

Son vaxtlar uşaqların COVİD-19-a yoluxması ilə bağlı yaş limiti yoxdur.

Bunu Xezerxeber.az-a açıqlamasında pediatr Vaqif Qarayev uşaqların da korona virusa yoluxması məsələsini şərh edərkən deyib.
Pediatr uşaqların bu xəstəlikdən qorunması ilə bağlı xüsusi bir medotun olmadığını bildirib:

"Ümumi statistik göstəricilərdə uşaqların bu xəstəliyə tutulma faizi aşağıdır. COVİD-19 yeni yayılmağa başladığı zaman uşaqların bu xəstəliyə yoluxmaması deyilirdi. Amma sonradan deyilənlərin tam əksinin şahidi olduq. Hətta ölüm hadisələrinə, xəstəliyi ağır keçirənlərə də rast gəlinir. Xəstəxanalarda vəziyyəti ağır olan uşaqlar var. Ona görə bu virusu gözardı etmək düzgün deyil. Əlbətdə ki, uşaqlar da bu xəstəliyə yoluxur. Yalnız uşaqlar xəstəliyi böyüklərə nisbətən daha yüngül formada keçirir.

Ümumiyyətlə, uşaqların COVİD-19-a yoluxmasında yaş limiti yoxdur. Yeni doğulan uşaqlar belə xəstələyin qurbanına çevrilə bilir. Çünki korona virusunun yoluxuculuq qabiliyyəti olduqca yüksəkdir.

İlk əvvəllər gənclərin də bu xəstəliyə yoluxmaması ilə müəyyən fikirlər səsləndirilirdi. Ancaq son statistik göstəricilər gənclər arasında yetərincə ölüm hallarının da olduğunu sübut edir.
Pandemiya başlayan gündən öncə deyilən fikirlər sonradan təkzib olunur. Belə ki, bir ölkə mütəxəssinin söylədiyi fikir, digər ölkənin mütəxəssisi tərfindən inkar edilir. Çünki bu təbabətə və elmə tamamilə tanış olmayan, öyrənilməmiş virusdur. Bu səbəbdən uşaqlar üçün xüsusi qorunma metodu yoxdur. Hətta gedişat yaxın bir ildə peyvənd məsələsinin də öz həllini tapmayacağına dəlalət edir. Bu virus nə uşaq, nə yaşlı, nə də cavan tanıyır. Hər kəsin yoluxma ehtimalı var. Valideynlərin övladlarını özbaşına buraxmaması tövsiyyə olunur.

Vaqif Qarayev təkcə COVID-19 ilə bağlı deyil, yuxarı tənəffüs yollarını zədələyən yoluxuculuq qabiliyyəti yüksək olan viruslarda da qoruyucu maskalardan istifadənin mütləq olduğunu qeyd edib.

Sevinc Yasinqızı



© xezerxeber.az

FOTOQALERIYA






188 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR