Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Çavuşoğlu: Qarabağla bağlı üçtərəfli bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır

27.11.2020 18:39

"Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan birgə bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri (XİN) Şurasının 47-ci iclasında çıxışı zamanı deyib. 

 
O bildirib ki, birgə bəyanat BMT, ATƏT və İƏT qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü yenidən təsdiq edib.

 
Türkiyə XİN başçısı İƏT Baş katibliyinin atəşkəslə bağlı açıqlamalarını məmnuniyyətlə qarşıladıqlarını da vurğulayıb./apa


Ramil

© xezerxeber.az


228 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR