Prezident İlham Əliyev: Biz Ağdam şəhərini, bütün kəndləri bərpa edəcəyik

24.11.2020 12:08

Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə işğaldan azad edilmiş Ağdam şəhərində olarkən danışıb.

"Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”, - dövlətimizin başçısı vurğulayıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdam məscidi qarşısında çıxışını bu sözlərlə tamamlayıb: "Biz qələbəmizi dəmir yumruq hesabına qazanmışıq, düşməni qova-qova və indi durmuşuq öz torpağımızda. Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Ağdam bizimdir. Qarabağ Azərbaycandır!”.

© xezerxeber.az


179 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR