Lavrov: Bakı və Yerevena səfərin nəticələri Putinə təqdim ediləcək

21.11.2020 21:19

"Azərbaycan və Ermənistan suveren dövlətlər olaraq xarici siyasət tərəfdaşlarının kim olacağına dair qərarı özləri verir. Bu onların hüququdur”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

"Türkiyə bu bölgədə real faktordur, özü də təkcə bu regionda yox. Türkiyə bizim bir çox istiqamətdə tərəfdaşımızdır. Ona görə, siyasət sənəti ondan ibarətdir ki, hər hansı bir təşəbbüs təşviq edilərkən, müəyyən bir bölgədəki vəziyyətə həqiqətən təsir edən bütün amillər nəzərə alınmalıdır”, - o bildirib.

Nazir həmçinin, Rusiyanın qurumlararası nümayəndə heyətinin Yerevana və Bakıya səfərinin nəticələri barədə prezident Vladimir Putinə məlumat veriləcəyini də bildirdi.

"Danışıqların nəticələrini çox müsbət hesab edirik. Bu da prezidentə (Vladimir Putin - Red) qurumlararası nümayəndə heyətinin Ermənistan və Azərbaycana səfəri barədə verilən təlimatın yerinə yetirildiyini bildirməyə imkan verəcək”

© xezerxeber.az


181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR