Prezidentdən Ermənistana cavab çağırışı: Dağlıq Qarabağın müstəqilliyini tanıyın

28.10.2020 23:26

Buradan mən onlara, necə deyərlər, cavab çağırışı edirəm – Dağlıq Qarabağı tanıyın. Bu gün tanıyın. Yeri gəlmişkən, bu barədə nisbətən yaxın vaxtlarda demişəm, qoy, bu gün tanısınlar. Lakin başqa ölkələrin bunu etməsini xahiş etmək yenə də Ermənistan rəhbərliyinin qeyri-adekvatlığından və onun siyasi savadının çox aşağı səviyyədə olmasından xəbər verir. Ona görə ki, əgər Ermənistan rəhbərliyi beynəlxalq siyasətin əsaslarından azacıq da olsa, baş çıxarsaydı, anlayardı ki, bu gün, biz Dağlıq Qarabağ ilə vahid dövlət çərçivəsində və digər beynəlxalq strukturlar çərçivəsində BMT-yə daxil olanda Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən hamıya məlum fakt kimi etiraf edilib.Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.

Dövlət başçsı bildirib:

"Onlar özləri Dağlıq Qarabağın müstəqilliyini tanımadığı halda, istəyirlər ki, başqa ölkələr bunu etsinlər. Vəziyyət kəskinləşəcəyi halda onların Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqları barədə daimi şantaj və hədələri yenə də küy-kələk oldu. Hərbi qarşıdurma bir aydan çoxdur ki, davam edir. Bəs nə üçün onlar indiyə qədər Dağlıq Qarabağın müstəqilliyini tanımayıblar? Bunu etmək çox asandır. Qoy bəyan etsinlər ki, onu tanıyırlar. Onların siyasətinin bütün mahiyyəti də məhz bundadır. Onlar onilliklər boyu həmişə cəhd ediblər, - təəssüf ki, bəzən başqa ölkələrin arxasında gizlənməyə nail olublar, - onların problemlərini onların əvəzinə başqa ölkələr həll etsinlər. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var. Bütün tarixboyu belə olub. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, onların ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Sonra isə kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Onların Qafqaza gəlib çıxmalarının tarixini biz çox gözəl bilirik. Qafqaz regionunda tarixən erməni etnosu olmayıb. Onlar buraya necə gəlib çıxıblar – məhz belə yolla, hiyləgərliklə, məkrliliklə, necə deyərlər, ilanı başqasının əli ilə tutmaq cəhdləri ilə. Onlar indi də eyni hərəkətləri edirlər. Buradan mən onlara, necə deyərlər, cavab çağırışı edirəm – Dağlıq Qarabağı tanıyın. Bu gün tanıyın. Yeri gəlmişkən, bu barədə nisbətən yaxın vaxtlarda demişəm, qoy, bu gün tanısınlar. Lakin başqa ölkələrin bunu etməsini xahiş etmək yenə də Ermənistan rəhbərliyinin qeyri-adekvatlığından və onun siyasi savadının çox aşağı səviyyədə olmasından xəbər verir. Ona görə ki, əgər Ermənistan rəhbərliyi beynəlxalq siyasətin əsaslarından azacıq da olsa, baş çıxarsaydı, anlayardı ki, bu gün, biz Dağlıq Qarabağ ilə vahid dövlət çərçivəsində və digər beynəlxalq strukturlar çərçivəsində BMT-yə daxil olanda Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən hamıya məlum fakt kimi etiraf edilib. Axı, Qoşulmama Hərəkatı - 120 ölkə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Avropa İttifaqına 27 ölkə daxildir. Avropa İttifaqı ilə bizim imzaladığımız sənəddə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenliyi dəstəklənib. Bunlar təqribən 150 ölkə deməkdir. Buraya İslam Əməkdaşlıq Təşkilatını da əlavə etsək, - düzdür, orada Qoşulmama Hərəkatının üzvləri olanlar da var, olmayanlar da, - budur dünya birliyi. Ermənistanın ucbatından, onun istəyinə görə, onun Dağlıq Qarabağı tanımaq şıltaqlığına görə Azərbaycan ilə münasibətləri korlamaq, özü də, sadəcə, korlamaq deyil, deyərdim ki, bu, hər hansı ölkə ilə diplomatik münasibətləri dərhal pozmağa gətirib çıxarar. Kim belə addım atacaq? Sadəcə, heç kim bunu etməyəcək. Xüsusən ona görə ki, ermənilər özləri onu tanımırlar. Özü də elə bir vaxtda ki, onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən təcavüzkardırlar. Buna görə də deyərdim ki, bu hərəkət onların növbəti ləyaqətsiz cəhdidir, yenə başqasının hesabına öz istəklərinə nail olmağa çalışırlar".

© xezerxeber.az


284 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR