Rusiyalı ekspert: Paşinyan rejiminə haqlı olaraq faşist deyirlər

28.10.2020 17:23

"Paşinyan rejimi tam əsasla faşist adına layiqdir. Cəbhədə müvafiq qaydada cavab verə bilməyən erməni hərbçiləri Azərbaycanın dinc əhalisinə alçaq zərbələr endirirlər”.

Bu fikirləri "Report”un Rusiya bürosuna verdiyi açıqlamada rusiyalı ekspert, beynəlxalq münaqişələrə dair mütəxəssis Yevgeni Mixaylov Ermənistan ordusunun Bərdə şəhərinə raket hücumları nəticəsində 21 dinc sakinin həlak olmasını, 70 nəfərin xəsarət almasını şərh edərkən dilə gətirib.

"Yerevanın bu münaqişəyə KTMT-ni də dartıb çəkmək cəhdləri adamı məyus edir. Belə ki, Ermənistan ərazisindən dinc məskənləri atəşə tutmaqla Paşinyan və onun adamları öz ərazilərinə qarşı cavab zərbələrə nail olub özlərini müdafiə etmək bəhanəsilə üçüncü tərəfi cəlb etməyi hədəfləyirlər”, - deyən ekspert bu kimi davranışların bağışlanmaz olduğunu deyib: "İndi cavab tədbirlərlə qarşı tərəf kütləvi şəkildə zərərsizləşdirilməlidir. Yəni yalnız Azərbaycanın dinc əhalisi arasındakı itkiləri dəfələrlə üstələyən tələfatla üzləşmək qorxusu hər hansı təxribatların qarşısını ala bilər”.

"Bütün hallarda müharibə sona yaxınlaşır, ermənilərin bütün hərbi caniləri də layiqli cəzalarını çəkəcəklər. Erməni amilinin regional təhlükəsizliyinə nə qədər təhlükə törətdiyinə dair beynəlxalq birliyin hazırda tam şəkildə təsəvvürü yoxdur. Amma Azərbaycan Ermənistanın bugünkü siyasətinin, başbilənlərinin iç üzünü tədricən, get-gedə bütün dünyaya açıb göstərir”, - deyə rusiyalı ekspert fikrini tamamlayıb.

© xezerxeber.az


199 dəfə oxunub

XƏBƏRLƏR

24.11.2020 09:19

Neft bahalaşır

ÇOX OXUNANLAR