Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib

28.10.2020 09:03

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd "Osa” ZRK, 3 ədəd BM-21 "Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 "Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd "Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.


Xezerxeber.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

© xezerxeber.az


217 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR