Birinci vitse-prezidentin köməkçisi: Paşinyanın sülhpərvərliyi budu?

27.10.2020 23:13

"Paşinyanın sülhpərvərliyi budu? Kifayətdi ki, Bərdədə mülki əhalini Smerch raketləri ilə bombalayasan”.

Bunu Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov özünün "Twitter” hesabında yazıb və Ermənistanın Baş naziri Nikol Paşinyanı işarələyib.

"Paşinyan insanlığa qarşı müharibə cinayətləri törədən bir cinayət rejimi idarə edir”.

Ermənistanın silahlı qüvvələri Bərdədə mülki əhaliyə qarşı "klaster” tipli "Smerç” raketlərindən istifadə ediblər. Nəticəsində biri iki yaşlı körpə olmaqla dörd nəfər öldürülüb, 13 nəfər isə yaralanıb.


© xezerxeber.az


217 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR