XİN-dən “Euronews”un çəkiliş qrupunun atəşə tutulmasına münasibət

27.10.2020 17:25

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "Euronews”un çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasına münasibət bildirib.

XəzərXəbər xəbər verir ki, XİN-in "Twitter” hesabında bildirilib ki, beynəlxalq humanitar hüquq jurnalistlərə qarşı hücumları qadağan edir.

Qeyd olunub ki, "Euronews”un çəkiliş qrupunun hücumuna məruz qalması mülki vətəndaşları və jurnalistləri hədəf alan Ermənistanın əsl üzünü bir daha göstərir: "Ermənistan beynəlxalq hüquqa dair öhdəliklərini kobud şəkildə pozaraq jurnalistlərə hücum edir!”

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR