Hikmət Hacıyev: 15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi müharibə cinayətdir

24.10.2020 22:44

15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi müharibə cinayətdir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın uşaqları müharibəyə cəlb etdiyini sübut edən videoya cavab olaraq tvitter səhifəsində yazıb.

Hikmət hacıyev bildirib ki, videoda Ermənistanın uşaqdan əsgər kimi istifadə etdiyi görünür. İstintaq başladılmalıdır:

"15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquqlar - müqavilələr və qanunlar baxımından qadağandır və ICC tərəfindən müharibə cinayətləri kimi təyin olunur".

© xezerxeber.az


234 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR