Zəngilanın daha neçə kəndi işğal altındadır?

20.10.2020 16:44

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan şəhəri və rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin işğaldan azad edildiyini açıqladı. 

Xezerxeber.az xatırladır ki, Zəngilan işğala məruz qalan sonuncu rayonumuzdur. 

Qarabağ müharibəsində 188 şəhid verən Zəngilan rayonunun 44 sakini itkin düşmüş sayılır. Zəngilan rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil edilib. Rayonun ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox idi. İşğal olunmazdan əvvəl Zəngilan bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olub. 

Onu da qeyd edək ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 27 il sonra Zəngilan şəhəri və rayonun 6 kəndi işğaldan azad edildi. 

© xezerxeber.az

FOTOQALERIYA






1510 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR