Ermənilərin atdığı mərmi Tərtərdə yaşayış evinə düşüb, 2 nəfər həlak olub

20.10.2020 16:19

Ermənistanın silahlı qüvvələri elan olunan humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, oktyabrın 20-də səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Saat 15 radələrində rayonun Cəmilli kəndində fərdi yaşayış evinə top mərmisinin düşməsi nəticəsində kənd sakinləri 1994-cü il təvəllüdlü İsaqlı Anar Rəsul oğlu və 1984-cü il təvəllüdlü Quliyev Anar Tofiq oğlu həlak olub, 1972-ci il təvəllüdlü Şabanov Murov Rəsul oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan başqa, evə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

© xezerxeber.az

FOTOQALERIYA






206 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR