Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Liviyalı diplomat: Bu müharibədə biz Azərbaycan xalqını dəstəkləyirik

17.10.2020 20:53

Gəncədə həlak olanların ailələrinə, Azərbaycan hökumətinə dərin hüznlə başsağlığı verirəm. Onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm.

Xezerxeber.az xəbər verir ki, bunu Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Gəncədə yerli sakinlərlə görüşdə söyləyib.

"Mənim ölkəm də terrordan əziyyət çəkir. Müharibədən əziyyət çəkən ölkənin vətəndaşı kimi qeyd edirəm ki, biz Azərbaycan xalqının yanındayıq. Bu müharibədə biz Azərbaycan xalqını dəstəkləyirik. Biz sizinlə həmrəyik. Bu hadisəni qəti şəkildə pisləyirik”, - deyə Əşrəf Adəm bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Gəncənin mərkəzi hissəsinə raket zərbəsi nəticəsində ilkin məlumata görə, 14 nəfər həlak olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Həlak olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var. İki uşaq itkin düşüb, axtarış-xilasetmə əməliyyatları davam edir.

© xezerxeber.az


209 dəfə oxunub

XƏBƏRLƏR

20.10.2020 17:44

“Facebook”da yenilik

ÇOX OXUNANLAR