Hikmət Hacıyev: Murov zirvəsinin azad olunuması Ordumuza böyük strateji üstünlük verir

27.09.2020 19:12

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsinin azad olunuması Azərbaycan Ordusuna böyük strateji üstünlük verir.

Xezerxeber.az xəbər verir ki, bu barədə sentyabrın 27-də Azərbaycan Respublikası Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev bildirib ki, ordumuz bu istiqamətdə çox uğurlu əməliyyat həyata keçirib.

Qeyd edək ki, əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

© xezerxeber.az

FOTOQALERIYA






207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR