TƏBİB: Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir

23.09.2020 15:50

Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir.

XəzərXəbər-in məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.

R.Bayramlı qeyd edib ki, öklməizdə koronavirusla mübarizə istiqamətində tədbirlər öz nəticəsini göstərib. O qeyd edib ki, vaksinlərin alınması üçün vəsait KMDF-dan ayrılacaq. O qeyd edib ki, bugünki iclasda İctimai Nəzarət Şurasına məlumat veriləcək və Şuranın razılığı ilə vaksinin alınması üçün KMDF-dan vəsait ayrılacaq.

© xezerxeber.az


130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR