Ərdoğan: Ermənistan Cənubi Qafqazda sabitliyin qarşısında ən böyük əngəldir

22.09.2020 18:37

"İyulda Azərbaycan torpaqlarına hücum edən Ermənistan Cənubi Qafqazda davamlı sülhün və sabitliyin qarşısında ən böyük əngəl olduğunu bir daha sübut etdi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində videoformatda çıxışı zamanı deyib.


"Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, regiondakı münaqişələrin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində BMT və ATƏT qərarları əsasında həllinin tərəfdarıyıq”, - deyə Türkiyə Prezidenti qeyd edib. (APA)

© xezerxeber.az


187 dəfə oxunub

XƏBƏRLƏR

24.10.2020 22:19

Tramp erkən səs verdi

ÇOX OXUNANLAR