Virusa yoluxma hallarının 55,9 faizi Bakıda qeydə alınıb

22.09.2020 09:28

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

XəzərXəbər koronavirusinfo.az saytına istinadla xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 55,9 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 15,4, Aran rayonlarında 10,5, Gəncə-Qazax bölgəsində 6,4, Lənkəranda 4,3, Quba-Xaçmazda 2,1, Şəki-Zaqatalada 1,8, Dağlıq Şirvanda 1,6, Yuxarı Qarabağda 1, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir. Ölkə xaricindən idxal olunma halı 1 faizdir.

© xezerxeber.az


326 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR