Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ərdoğan: “O riyakar ölkələr Ermənistanın Azərbaycan toraqlarına qarşı hücumlarının qarşısını almaq üçün addım atmırlar”

21.09.2020 21:10

"Suriyada, Liviyada, Yəməndə və digər bir çox ölkələrdə hələ davam edən bir çox humanitar böhranlarda riyakarlığını, mənfəətlərini davam etdirən dövlətlərin dünyaya haqq və ədalət yaymayacaqlarını buradan bir daha təkrar edirəm. Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısını almaq üçün müvafiq addımların atılmaması buna misaldır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Administrasiyasında nazirlərlə keçirdiyi toplantısından sonrakı çıxışında belə bildirib.

Prezident deyib ki, Kipr və Şərqi Aralıq Dənizi problemində bir neçə ölkənin mənfəətlərini qorumaq üçün tarixi həqiqətlərə, beynəlxalq sazişlərə arxa çevirən ölkələr var: "Sırf Türkiyəyə olan ədavətlərilə əlaqədar regionumuzun və dünyanın balansını pozmağa çalışanlar əslində öz mənfi aqibətlərini öz əllərilə hazırlayırlar”.

R.T.Ərdoğan bildirib ki, Türkiyə Kiprdə, Aralıq və Egey dənizlərində digər ölkələrin haqqına, hüququna toxunmadan öz mənfəətlərini qorumağa davam edəcək. (APA)

© xezerxeber.az


228 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR