Rezidenturaya ixtisas seçimi başladı

21.09.2020 09:32

Bu gündən rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıb.

XəzərXəbər xəbər verir ki, ixtisas seçimi sentyabrın 25-dək aparılacaq.

Qeyd edək ki, DİM sentyabrın 18-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. İmtahanda iştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

© xezerxeber.az


98 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR