Nazirlər Kabinetinin qərarı QÜVVƏYƏ MİNİR - 300 dollarlıq limit

20.09.2020 14:15

Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişikliklərlə bağlı 305 saylı qərarı qüvvəyə minir.

XəzərXəbər-in məlumatına görə, bu dəyişikliyə əsasən, vətəndaşın şəxsi məqsədlər üçün bir ay ərzində xaricdən poçt vasitəsilə sifariş etdiyi bağlamanın dəyəri 300 dollarlıq limiti keçməməlidir.

Bağlamanın dəyəri 300 dollardan artıq olanda isə gömrük rüsumları tətbiq olunacaq. İndiyə kimi isə bu limit 1000 dollar idi.

Nazirlər Kabinetinin bu qərarı ölkədə ciddi narazılıqla qarşılanıb. Qərar bu gündən qüvvəyə minir.

© xezerxeber.az


188 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR