Nazir müavini: Azərbaycan və Türkiyənin qardaşlığı bölgədə təhlükəsizliyin təminatıdır

16.09.2020 18:48

Azərbaycan və Türkiyə arasında güclü qardaşlıq bağları davam edir.

Bunu Türkiyənin Xarici işlər nazirinin müavini Yavuz Selim Kıran deyib.

Nazir müavini bildirib ki, Azərbaycn və Türkiyə terrorun bütün formalarına qarşı birgə mübarizə aparır: "FETÖ ilə mübarizədə dəstəyinə görə Azərbaycana təşəkkür edirik. COVİD-19-la mübarizədə də birgəyik və hər zaman Azərbaycanın yanındayıq. Azərbaycan və Türkiyənin qardaşlığı bölgədə təhlükəsizliyin təminatıdır".

Yavuz Selim Kıran əlavə edib ki, Prezident İlham Əliyevin Yunanıstan səfirini qəbul edərkən Türkiyənin mövqeyini dəstəkləməsi Azərbaycan və Türkiyə arasında qardaşlığın ən yüksək nümunəsidir./trend

© xezerxeber.az


189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR