Xələf Xələfov erməni nazirin fikirlərinə münasibət bildirdi

16.09.2020 17:58

Azərbaycan heç zaman imkan verməyəcək ki, bir qarış da torpağımız erməni işğalı altında qalsın.

Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov bildirib ki, biz heç zaman Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Bu, Ermənistanın xülyasıdır və yaxın zamanlarda iflasa uğrayacaq.

Nazir müavini qeyd edib ki, Azərbaycan daim inkişaf edir, ordusu güclənir: "Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daim inkişaf edir və güclənir”.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Misirə səfəri zamanı səsləndirdiyi sərsəm fikirlərə münasibət bildirən nazir müavini bunun təxribat olduğunu vurğulayıb.

X.Xələfov əlavə edib ki, bu cür çıxışlar Ermənistanın bütün bölgəyə və xüsusilə də Türkiyəyə qarşı təcavüzkar siyasətinin məntiqi davamıdır: "Ermənistan hər fürsətdə Azərbaycan və Türkiyəyə qarşı qarayaxmalar edir. Nazir Mnatsakanyanın Misirdəki çıxışı da növbəti qarayaxmadır. Ermənistan bu cür addımlarla özünün təcavüzkar siyasətini ört-basdır etmək niyyəti güdür".

© xezerxeber.az

FOTOQALERIYA






130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR