"Azərpoçt" 3 təkərli velosipedlər alır

12.08.2020 12:59

"Azərpoçt" MMC 25 ədəd 3 təkərli velosipedlərin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

XəzərXəbər vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Touchess" MMC-dir.

Qalib şirkətə 10,7 min manat ödəniləcək.

Qeyd edək ki, "Touchess" MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Səbuhi Məmmədov Əmirxan oğludur./report

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR