"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" auditor xidməti satın alır

11.08.2020 11:09

"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun auditinin həyata keçirilməsi və audit rəyinin verilməsi xidmətləri üçün kotirovka sorğusu elan edib.

"Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini avqustun 12-i, saat 13:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr, 137 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 404-41-22 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR